Papu Qomez karyerasını İtaliyada davam etdirəcək
Azad agent statusunda olan 36 yaşlı Papu Qomez İtaliyanın “Monza” klubu ilə razılaşıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, argentinalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Müqavilənin şərtləri barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Papu Qomez karyerası ərzində “Arsenal de Sarandi”, “San Lorenzo”, “Kataniya”, "Atalanta" və “Sevilya” kimi klublarda çıxış edib.