Paralimpiyaçılarımız Tokioya yola düşdülər

Azərbaycan paralimpiya komandası Tokio-2020 Yay Paralimpiya Oyunları üçün Yaponiyaya yollanıb.

Sportline.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıları Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Fərid Mansurov, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən müharibəsi iştirakçıları, qazilər və idman ictimaiyyətinin nümayəndələri yola salıb.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Azərbaycanın 36 idmançısı 9 idman növündə, 47 proqramda mübarizə aparacaq.