Paredesin yeni klubu rəsmiləşdi
PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes "Roma"nın formasını geyinəcək.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı futbolçu ilə iki illik müqavilə bağlanılıb.
"Roma" Paredes üçün yad klub deyil.
O, 2014-2017-ci illərdə paytaxt klubunun şərəfini qoruyub.
Ardınca "Zenit"a transfer olunan Paredes, sonradan "Yuventus" və PSJ-nin heyətində oynayıb.