Paris-2024:Azərbaycan güləşçisi Sənan Suleymanov yarımfinalda məğlub olub

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı  yarımfinalda qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib.

Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, təmsilçimiz 1/8 finalda Bolqarıstan idmançısı Ayk Mnatsakanyana, 1/4 finalda isə macarıstanlı Zoltan Levaya qalib gəlmişdi.