"Paris Sen-Jermen" - "Liverpul": Düşərgələrdəki son durum
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün daha 4 qarşılaşma baş tutacaq.
Sportline.az xəbər verir ki, gecənin maraqla gözlənilən oyunlardan birində “Paris Sen-Jermen” “Liverpul”u qəbul edəcək.
PSJ oyuna optimal heyətlə çıxacaq. “Liverpul”da isə Co Qomez və Konor Bredliy olmayacaq.
Matçın ədalət təmsilçisi italiyalı Davide Massa olacaq. Görüş Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.