Parlayan ulduz "Çelsi"nin hədəfində

"Çelsi" "Bayer"in futbolçusu Kay Havertzi transfer etmək istəyir.

Sportline.az İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu 20 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 8 milyon avro qazanacaq.

Bildirilib ki, Leverkuzen təmsilçisi alman futbolçu üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, K.Havertzlə "Bavariya"nın da maraqlandığı iddia olunur.