Tomas Parti karyerasını İspaniyada davam etdirəcək

"Arsenal"dan azad agent kimi ayrılan Tomas Parti karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Vilyareal" qanalı futbolçunu heyətinə qatıb.

Bu haqda insayder David Ornşteyn məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi İspaniya klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, transfer bu həftə rəsmləşəcək.