"Partizan" azarkeşləri derbidəki ağır məğlubiyyətdən sonra baş məşqçiyə xəsarət yetiriblər

Serbiya çempionatının 9-cu turunda "Srvena Zvezda" səfərdə "Partizan"ı 4-0 hesabı ilə məğlub edib.

Sportline.az Ntvspor.net-ə xəbər verir ki, oyundan sonra qəzəbli "Partizan" azarkeşləri klubun soyunub-geyinmə otağına hücum çəkiblər.

Burada azarkeşlərin şüşələri sındırması baş məşqçi Aleksandr Stanoyeviçin zədələnməsinə səbəb olub. Stanojeviçin üzündə və boynunda kəsiklər əmələ gəlib.

50 yaşlı mütəxəsiss daha sonra açıqlamasında yaşananların utanc verici olduğunu bildirib.

Qeyd edək ki, Aleksandr Stanoyeviç bir dönəm Türkiyədə "Konyaspor" klubunu çalışdırıb.