"Partizan"ın yeni baş məşqçisi müəyyənləşib

'Partizan" klubuna yeni baş məşqçi təyin olunub.

Sportline.az Novosti.rs-ya istinadla xəbər verir ki, Serbiya klubuna bundan sonra Savo Miloşeviç rəhbərlik edəcək.

O, bu postda Aleksandr Stayoneviçi əvəz edib. Komanda yerli çempionatda 7 turdan sonra 9-cu pillədə qərarlaşıb.

Miloşeviç daha əvvəl 2019-2020-ci illərdə "Partizan"da çalışıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin aprelinə qədər o, Bosniya və Herseqovina millisinin baş məşqçisi olub.

Qeyd edək ki, Miloşeviç futbolçuluq karyerasında "Aston Villa", "Osasuna" və "Parma" kimi klublarda çıxış edib.O, karyerasını 2009-cu ildə "Rubin"də bitirib.