Pavel Paşayevin komandası "Dinamo"ya uduzdu

Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi “Oleksandriya” bu gün “Dinamo”nun qonağı olub. Görüş Kiyev klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1.
Start heyətdə meydana çıxan Paşayev sonadək mübarizə aparıb.

Qeyd edək ki, bu nəticədən sonra “Oleksandriya” 43 xalla 5-ci, “Dinamo” 49 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 65 xalla “Şaxtyor” (Donetsk) başçılıq edir.