Pavel Paşayevin yeni klubu bilindi
Millimizin sabiq üzvü Pavel Paşayev Ukraynanın "VPK - Arqo" komandasına transfer olunub.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Əlavə edək ki, Ukraynanın 1-ci liqasında çıxış edən “VPK-Arqo” bu mövsüm keçirdiyi 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Pavel Paşayev son olaraq Ukraynada Premyer Liqa təmsilçisi "Aleksandriya"da oynayıb. Müdafiəçi 2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb.