Pavloviçin ayrılması gündəmdədir
"Milan"ın futbolçusu Strahinya Pavloviç yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
24 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 36 matçda 5 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, S.Pavloviçin dəyəri 35 milyon avrodur.