Paytaxt təmsilçisi millimizin üzvünü transfer etdi

"Azerreyl" klubu heyətini yeni voleybolçu ilə gücləndirib.

Sportline.az Bakı təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda Azərbaycan millisinin üzvü Anastasiya Bessonovanı heyətinə qatıb.

Qeyd edək ki, “Telekom”un yetirməsi olan Bessonova Sloveniyada “Maribor” və Rumıniyada “Alba” klublarının da formasını geyinib.