Pedro Neto İspaniya yolunda
"Çelsi"nin hücumçusu Pedro Neto "Barselona"nın transfer hədəfindədir.
Sportline.az xəbər verir ki, "Barselona"nın idman direktoru Deko sözügedən futbolçu ilə danışıqlara başlayıb.
Bu haqda nüfuzlu "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Neto bu mövsüm meydana çıxdığı 22 matçda 7 qol, 2 asist müəllifi olub.