Pedro Porro Londondan Madridə köçə bilər
"Tottenhem"in sağ cinah müdafiəçisi Pedro Porro "Real Madrid"in transfer siyahısında yer alır.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "los blankos"a transfer olmağa isti yanaşır.
İspaniya millisinin üzvünün transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, P.Porro cari mövsüm meydana çıxdığı 29 matçda 4 asistlə yadda qalıb.