Pedro "Qarabağ"da!
UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək "Qarabağ" daha bir futbolçunun keçidini rəsmiləşdirib. SportLine.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, PAOK-un üzvü Pedro Enrike növbəti mövsüm Ağdam klubunda çıxış edəcək.
Yarımmüdafiəçi icarə əsasında "köhlən atlar"ın şərəfini qoruyacaq.
Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu PAOK-a ötən il "Renn" klubundan keçib. 26 matça çıxan "sambaçı" 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.