Pep Arnoldu istəyir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real"ın sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun transferini rəhbərliktən tələb edib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Arnold ötən ilin yayında azad agent kimi "Liverpul"dan "Real Madrid"ə transfer olunmuşdur.