Pep Qvardiola ingiltərəli futbolçunu komandasında görmək istəyir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvariola "Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Vartonu komandasında görmək istəyir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mançester klubu 21 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır.
A.Vartonun London klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, sözü gedən oyunçu cari mövsüm meydana çıxdığı 10 matçda 1 asistlə yadda qalıb.