Pep Qvardiola İtaliya millisinin baş məşqçi postuna namizəddir

Pep Qvardiola İtaliya millisinin növbəti baş məşqçisi olmaq üçün əsas namizədlərdən biri hesab olunur.

Sportline.az “La Gazetta Dello Sport” nəşrinə istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının qərarverici şəxsləri Qvardiolanı milli komandada tam yenidənqurma prosesini həyata keçirə biləcək ideal mütəxəssis kimi dəyərləndirirlər.

İspaniyalı çalışdırıcının yüksək maaş tələbi hələ də bu keçidin qarşısındakı ən böyük maneə olaraq qalır. Buna baxmayaraq, İtaliya millisini yenidən qurmaq kimi böyük çağırışın Qvardiola üçün cəlbedici ola biləcəyinə inam getdikcə artır.

Banner