Pepe "Latsio"da

Yeni mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Latsio" heyətini gücləndirib.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, Roma təmsilçisi "Milan"ın qapıçısı Pepe Reynanı transfer edib. 38 yaşlı əlcək sahibi 2 illik müqavilə imzalanıb.

Reyna ötən mövsümün ikinci yarısını İngiltərənin "Aston Villa" klubunda keçirib. "Barselona"nın yetirməsi "Vilyarreal", "Liverpul", "Napoli", "Bayern" kimi klublarda çıxış edib. Reyna İspaniya millisi ilə dünya və Avropa çempionu olub.