Pərviz Abdullayev çinli rəqibinə qalib gəldi
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev kikboksinq üzrə yarışlarda növbəti qələbəsini qazanıb. SportLine.az gabalafc.az saytına istinadən xəbər verir ki, dəfələrlə dünya çempionu olan idmançımız Çinin Sanya şəhərində təşkil olunan “Kunlun Fight 56”da keçirdiyi ilk döyüşdən qalib ayrılıb. 75 kiloqram çəki dərəcəsində çıxış edən Abdullayev kikboksinq üzrə reytinq xarakterli döyüşdə Çin idmançısı Ma Şuo ilə qarşılaşıb. Rəqiblər hər biri 3 dəqiqədən ibarət olan 3 raundda qüvvələrini sınayıblar. Təmsilçimiz qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurub. Turnirə qələbə ilə start verən idmançımız növbəti mərhələyə vəsiqə qazanıb.