Pərviz Abdullayevdən növbəti nokaut

Bir neçə gün əvvəl “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayevin peşəkar rinqdə növbəti döyüşünü keçirdiyi barədə məlumat vermişdik.

Sportline.az həmin döyüşün görüntülərini təqdim edir.

Qeyd edək ki, "kobra" ləqəbli idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan “Vendetta Fight” turniri çərçivəsində qüvvəsini sınayıb. 77 kq çəki dərəcəsində çıxış edən Abdullayev Albaniya təmsilçisi Şkodran Veseli ilə qarşılaşıb. Abdullayev Ataşehirdəki “Ülker Spor Arena”da baş tutan döyüşün 3-cü raundunda nokautla qələbə çalıb.

Bunadək keçirdiyi 54 qarşılaşmada 47 qələbə qazanan Pərviz Abdullayev, 23 dəfə rəqiblərinə nokautla qalib gəlib.