PFL-dən dəyişiklik
Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Topaz Premyer Liqası, Azərbaycan Kuboku, əvəzedicilərin yarışı və I Divizion oyunları zamanı klubların iştirak ərizəsində təqdim edəcəyi futbolçuların sayında dəyişiklik edilib.
Sportline.az xəbər verir ki, komandalar əvvəlki kimi 18 deyil, 23 futbolçunun xidmətindən yararlana bilərlər.