"Əl-Nəssr" Pioli ilə 3-cü qələbəsini qazanıb

"Əl-Nəssr" klubu yeni baş məşqçisi Stefano Piolinin rəhbərliyi altında çıxdığı üçüncü oyundan da qalib ayırılıb.

Sportline.az xəbər verir ki, komanda Səudiyyə Pro Liqasının 5-ci turunda "Əl-Vəhda" ilə qaşılaşıb. "Əl-Avval Park" stadionuda keçirilən görüş meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Əl-Nəssr"in qələbə qollarını 41 dəqiqədə Anxelo və 56-cı dəqiqədə Ronaldo vurub.

Qeyd edək ki, xallarının sayını 11-ə çatdıran Əl-Nəssr 3-cü pilləyə yüksəlib. 14-cü sıradakı Əl-Vahdanın 5 xalı var.