Piontekdən iddialı açıqlama
“Başakşəhər”in polşalı futbolçusu Kşiştof Piontek “Qalatasaray”la matç öncəsi iddalı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az “Nexus Sports”a istinadən xəbər verir ki, Piontek “Qalatasaray” haqqında bu fikirləri səsləndirib;
“Bizim əla heyətimiz var. Özümüzə güvənirik. “Qalatasaray”la oyuna tam hazırıq. Biz onları çempionatda məğlub edəciyik. Kubok oyununda qalib gələ bilərdik, lakin hakim səhvləri buna icazə vermədi”, - deyə Piontek bildirib.
Qeyd edək ki, “Başakşəhər” – “Qalatasaray” matçı 12 yanvar saat 20:00-da başlanacaq.