Poçettino evinə qayıdır
“Tottenhem” baş məşqçisi Tomas Frankla yollarını ayırmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, rəhbərlik klubun sükanı arxasına Maurisio Poçettinonu gətirməyi planlaşdırır.
Bu haqda “Talk Sport” nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Poçettino hazırda ABŞ millisini çalışdırır.
Argentinalı mütəxəsis 2014-2019-cu illər ərzində “Tottenhem”in sükanı arxasında olub.