Podolski dönərçi oldu

Almaniyalı futbolçu Lukas Podolski dönərçi açıb.

SportLine.az "Bild"ə istinadən xəbər verir ki, o, Köln şəhərində fəaliyyət göstərən restoranlardan birinə şərik olub. Türk qardaşlar - Salih və Metin Dağın restoranlar şəbəkəsinin bir şöbəsi olan "Manqal Dönər"in açılışına futbolçunun fanatları axışıb.

Türk yeməklərini sevdiyini deyən L.Podolski, "Xüsusilə, dönərdən xoşum gəlir. Ona görə, belə bir restorana investisiya etmək qərarına gəldim", - deyib.

Qeyd edək ki, 32 yaşlı futbolçu "Qalatasaray"la vidalaşdıqdan sonra Yaponiyanın "Vissel Kobe" klubuna keçib.