Poqba "Mançester Yunayted"in bazasında
“Yuventus”un sabiq futbolçusu Pol Poqba demək olar ki, yeni klubunun sərəncamındadır. Fransalı yarımmüdafiəçi bu gun “Mançester Yunayted”in Karrinqtondakı bazasına gəlib. Tibbi müayinədən sonra onun keçidinin “son akkordları” vurulacaq. Dəqiq açıqlanmasa da, Poqbanın transferinin dünya futbolunda rekord qıracağı bildirilir.