Poqbanın son durumu
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Pol Poqbanın durumu ilə bağlı məlumat verib.
Sportline.az Sky Sport Italia nəşrinə istinadla xəbər verir ki, onun tam olaraq sıraya qayıtması üçün bir ayadək vaxt lazımdır.
"Poqba ötən gün məşqə qatılmışdı. Bu gün bərpa olunmalıdır. Sabah vəziyyətə baxacağıq. O, bizim üçün çox vacib oyunçudur. Çox güman ki, bir aya onun xidmətindən yararlana biləcəyik", - deyə Alleqri bildirib.
Qeyd edək ki, Poqba ötən mövsüm zədə üzündən cəmi 10 oyunda meydana çıxıb.