"Porto" "Arsenal"a rəsmi təklif göndərəcək

"Arsenal"ın polşalı futbolçusu Yakub Kivior komandadan ayrılmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, "Porto" gələn həftə 25 yaşlı futbolçu üçün "Arsenal"a rəsmi təklif göndərəcək.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Y.Kiviorun dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avrodur.

Qeyd edək ki, futbolçunun meneceri bu həftə Portuqaliya klubu ilə görüşəcək.