“Porto”nun gənc futbolçusu İngiltərə nəhənginin radarına düşüb

“Porto”nun 19 yaşlı oyunçusu Viktor Frohold karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Çelsi” danimarkalı oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Bu haqda “Team Talk” nəşri məlumat yayıb.

Qeyd edək ki, V.Froholdun transfer qiyməti 25 milyon avrodur.