Portuqaliya çempionu məlumdur

Portuqaliya çempionatında 2019/2020 mövsümünün qalibi məlumdur.

Sportline.az xəbər verir ki, söhbət "Portu"dan gedir.

Eyni adlı şəhərin təmsilçisi 32-ci turda doğma meydanda "Sportinq"ə 2:0 hesabı ilə qalib gəlib.

Bununla da "Portu" turnirin bitməsinə 2 həftə qalmış ən yaxın izləyicisi "Benfika" ilə xal fərqini 8-ə yüksəldərək çempionluğu rəsmiləşdirib.