Portuqaliya Liqasında yeni mövsüm bu gün start götürəcək
Portuqaliya çempionatında 2024/2025 mövsümə bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, açılış oyununda son çempion "Sportinq" doğma meydanda "Rio Ave" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
Qeyd edək ki, Portuqaliya Liqası bu mövsüm 18 komanda ilə keçiriləcək. Son 2 pilləni tutan komandalar elita ilə vidalaşacaqlar.