Portuqaliya millisinin üzvü "Liverpul"da çıxış edə bilər
"Yuventus"un futbolçusu Fransisko Konseysao "Liverpul"un diqqət mərkəzindədir.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bu keçid üçün 25 milyon avro ödəməyə hazırdır.
Lakin Turin klubu 23 yaşlı oyunçu üçün 25 milyon avrodan yuxarı məbləğ tələb edir.
Qeyd edək ki, "Yuventus" Konseysaonu "Porto"dan 32 milyon avro qarşılığında transfer etmişdi.