Portuqaliya millisinin üzvü "Yuventus"a keçir
Portuqaliya millisinin üzvü Bernardo Silva yayda "Yuventus"a keçidi gündəmdədir.
Sportline.az xəbər verir ki, bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.
31 yaşlı futbolçu yayda azad agent statusunda olacaq.
Qeyd edək ki, B.Silva bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 44 oyunda 3 qol, 5 asistlə yadda qalıb.