Portuqaliya Super Kubokunun qalibi bəlli oldu

Portuqaliya Super Kubokunun sahibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici matçda ölkə çempionu - "Benfika" ilə, kubokun sahibi - "Viktoriya Gimarayeş" üz-üzə gəlib.

Görüş "Benfika"nın qələbəsi ilə yekunlaşıb.

05 avqust 2017
Portuqaliya Super Kuboku

"Benfika" - "Viktoriya Gimarayeş" - 3:1
QOLLAR:
Xonas, 6 (1:0); Seferoviç, 11 (2:0); Rafinya, 43 (2:1); Ximenez, 83 (3:1)