Premyer Liqa: 8-ci turun daha iki qarşılaşması keçiriləcək
"Neftçi" bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt"ı qəbul edəcək.
Sportline.az xəbər verir ki, qarşılaşma saat 19:30-da start götürəcək.
Oyunun baş hakimi Cavid Cəlilov olacaq. Hələlik qələbə qazana bilməyən paytaxt klubu 4 xalla 9-cu pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 7-ci sıradadır.
Günün ilk görüşündə "Zirə" evdə "Kəpəz"i sınağa çəkəcək. Rauf Cabarovun idarə edəcəyi matç saat 17:00-da başlayacaq.
Rəqiblərindən bir oyun az keçirən meydan sahibləri 12 xalla 5-ci yerdədir. Hazırda xalı olmayan Gəncə klubu isə sonuncu - 10-cu pillədədir.
Azərbaycan Premyer Liqası
VIII tur
28 sentyabr
17:00. Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu
19:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.