Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin "Sauthempton" klubu baş məşqçisi Ralf Hazenhottlun müqaviləsini uzadıb.

Sportline.az xəbər verir ki, 52 yaşlı mütəxəssislə 4 illik saziş imzalanıb.

Avstriyalı mütəxəssis 2016-2018-ci illərdə "Leyptsiq"i çalışdırıb. O, 2018-ci ildə Premyer Liqa klubunun baş məşqçisi təyin edilib.