Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu açıqlanıb.
Sportline.az xəbər verir ki, ayın oyunçusu adına “Lids Yunayted” klubunun hücumçusu Dominik Kalvert-Lyuin layiq görülüb.
Bu barədə yarışın rəsmi mətbuat xidməti məlumat yayıb.
İngiltərə yığmasının üzvü olan 28 yaşlı hücumçu dekabr ayı ərzində Premyer Liqada iştirak etdiyi 5 qarşılaşmada 6 dəfə fərqlənib.
Qeyd edək ki, Dominik Kalvert-Lyuin 2025-ci ilin yay mövsümündən etibarən “Lids Yunayted”in formasını geyinir.