Premyer Liqada ən yaxşılar seçilib

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşıları açıqlanıb.

Sportline.az xəbər verir ki, ilin sonuncu ayında ən yaxşı baş məşqçi adına "Nottinqem Forest"dən Nunu Eşpiritu Santu layiq görülüb.

“Nyukasl”ın futbolçusu Aleksander İsakın "Liverpul"a vurduğu qol  İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı qolu seçilib.

25 yaşlı isveçli həm də ayın ən yaxşı futbolçusu seçilib.

Seyvləri ilə seçilən "Aston Villa"nın argentinalı ulduz qapıçısı Emiliano Martinez isə ən yaxşı qolkiper olub.