Premyer Liqada yoluxma sayı artdı

Futbol üzrə İngiltərə Premyer Liqasında daha 6 nəfər koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

7-13 dekabr aralığında 1549 nəfərdən götürülən testlərdə 6 nəfərin nəticəsi pozitiv olub.

Həmin şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.