Premyer Liqadan 1-ci liqaya
"Mançester Yunayted"in futbolçusu Şola Şortayr "Bolton"a keçib.
Sportline.az xəbər verir ki, bu barədə İngiltərənin 1-ci liqasında çıxış edən "Bolton"un rəsmi saytı məlumat yayıb.
18 yaşlı hücumçu yeni komandasında mövsümün sonuna qədər oynayacaq.
Qeyd edək ki, İngiltərənin U-19 millisinin də üzvü olan Şortayr "Mançester Yunayted"in əsas komandasında 3 oyun keçirib.