Prezident İlham Əliyev DÇ-2018-in açılışına gedir
Azərbaycan prezidenti İlham Əliyev DÇ-2018-in açılış mərasimində iştirak edəcək.
SportLine.az-ın xəbərinə görə, bu haqda Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Bundan başqa, açılışa Ermənistanın yeni baş naziri Nikol Paşinyan da qatılacaq.
Xatırladaq ki, açılış mərasimi iyunun 14-də Rusiyanın “Lujniki” stadionunda təşkil ediləcək. Açılışdan sonra çempionatın ilk görüşü – Rusiya – Səudiyyə Ərəbistanı matçı keçiriləcək.