Prosineçki Sumqayıtda
Topaz Premyer Liqanın 4-cü turunun “Sumqayıt” – "Neftçi" oyununu milli komandamızın baş məşqçisi Robert Prosineçki də izləyir.
SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, xorvatiyalı məşqçi Sumqayıtdakı arenaya gedib.
Qeyd edək ki, Prosineçki məzuniyyətdə olduğundan xeyli vaxt idi Premyer Liqamızın ilk turlarının oyunlarına canlı baxmırdı.