Prosineçki "Valensiya" məsələsinə aydınlıq gətirdi
Azərbaycan millisinin baş məşqçisi - Robert Prosineçki "Valensiya"nı çalışdıracağı barədə yayılan iddialara münasibət bildirib.
SportLine.az xəbər verir ki, mütəxəssis "Radio Nacional"a açıqlamasında məlumatı təkzib edib. O, İspaniya klubunundan heç kimin onunla əlaqə saxlamadığını söyləyib.
Qeyd edək ki, R.Prosineçki 2014-cü ildən Azərbaycan seçməsini çalışdırır.