PSJ argentinalı futbolçu ilə maraqlanır

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço karyerasını PSJ-də davam etdirə bilər.

Sportline.az "Times Sport"a istinadən xəbər verir ki, PSJ Qarnaçonu yanvar ayında heyətinə qatmağı planlaşdırır.

20 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Qarnaçonun "Mançester Yunayted"lə nüqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.