PSJ "Arsenal"a elçi düşdü
"Paris Sen-Jermen" yayda "Arsenal"ın sol cinah vingeri Qabriel Martinellini heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Lequipe" nəşri məlumat yayıb.
Brazilya millisinin üzvünün transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Q.Martinelli cari mövsüm meydana çıxdığı 47 oyunda 11 qol, 6 asistlə yadda qalıb.