PSJ "Barselona"ya rəqib oldu

"Liverpul"un yarımmüdafiəçisi Filipe Koutinyoya daha bir müştəri tapılıb. SportLine.az "TF1 France"a istinadən xəbər verir ki, PSJ "sambaçı"nın xidmətində maraqlıdır. 

Xatırladaq ki, bir neçə gün öncə "Barselona" futbolçunun keçidi üçün "mersisaydlılar"a 150 milyon avroluq təklif ünvanlayıb. Kataloniya klubu yanvar ayında F.Koutinyonu heyətinə qatmaq niyyətindədir.