PSJ "Benfika"ya 6 milyon avro ödəyib
PSJ Joao Neves transferi üçün “Benfika”ya əlavə 6 milyon avro ödəyib.
Sportline.az xəbər verir ki, bu barədə Portuqaliyanın “OJogo” nəşri məlumat yayıb.
Qeyd olunan məbləğ 2024-cü ilin yayında iki klub arasında bağlanmış razılaşmadakı bonus şərtlərinə əsasən ödənilib. Sövdələşməyə uyğun olaraq, PSJ ilkin mərhələdə Neves üçün “Benfika”ya 59.92 milyon avro transfer haqqı ödəmişdi.