PSJ-də ayrılıq gözlənilir

Qonsalo Ramoşun PSJ-dən ayrılığı gündəmə gəlib.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Portuqaliyalı hücumçunun yeni layihələrə açıq olduğu və əsas heyətdə daimi çıxış etmək üçün başqa variantları dəyərləndirdiyi bildirilir.

Bununla belə, Ramoş mövsümün sonuna qədər PSJ-də tam fokusla çıxış edəcək və klubun uğurları üçün maksimum səylə oynamağa davam edəcək. Komanda daxilində onun peşəkarlığı yüksək qiymətləndirilir.